İngilis Kilsəsinin, 126 il öncə məşhur elm adamı Çarlz Darvindən, təkamül nəzəriyyəsini yanlış anladığı üçün üzr istədiyi xəbəri müxtəlif tənqidlərə və şərhlərə yol açıb.
İngilis Kilsəsinin internet saytında yayımlanan üzrxahlıq yazısında, "Çarlz Darvin, doğulduğundan 200 il sonra İngilis Kilsəsi sənə bir üzrxahlıq borcludur, səni yanlış anladığı, sənə səhv reaksiya verdiyi və başqalarının da səni hələ də yanlış anlamasına səbəb olduğu üçün" ifadəsi yer alır. Lakin Darvinin nəvəsinin nəvəsinin fikrincə, kilsənin hücumu mənasız və komikdir.
İngilis "Daily Mail" qəzetinin xəbərinə görə, kilsə yetkililəri Darvindən dilədikləri üzrün Papa II Con Polun, "dünya günəşin ətrafında fırlanır" dediyi üçün kilsə tərəfindən mühakimə olunan Qalileydən üzr istəməsi ilə bənzər dəyərdə olduğunu deyir.
Kilsənin, 1860-cı illərdə Darvinə atılan ləkənin kompensasiya edilməsi məqsədi güddüyü və beləcə özünü ifrat dindar xristiyanlardan ayırmaq istədiyi bildirilir. // QayNar