Səudiyyə Ərəbsitanın Ali Ədalət Məclisinin sədri Şeyx Salih əl Lahidan, əxlaqsız proqramlar yayınlayan televiziya sahiblərinin öldürülə biləcəyinə dair fətva verib.
Bir radio proqramında danışan Səudiyyə üləmasının başçısı Şeyx Lahidan, bir dinləyicinin Ramazan ayında televiziya sahiblərinin "əxlaqdan kənar" proqramlar yayınlanmasına qarşı hansı tədbirlərin görüləcəyi ilə bağlı sualını cavablandırarkən belə söyləyib. Şeyx Lahidan, "Erotik və əxlaqdan kənar olaraq qəbul edilən proqramlar yayınlayan televiziya kanalı sahibləri nə düşünür? Bu cür əxlaqsız proqramlarla əxlaqsız inanclara çağırış edənlərin öldürülməsi vacibdir" deyib.
əl Lahidan, əxlaqsızlığa çağırış edən hər hansı bir televiziya kanalının adını açıqlamasa da, əvvəllər də "Əl Ərəbiyə" telekanalında yayınlanan türk serialı "Gümüş"ün İslam əxlaqına uyğun olmadığını, "əxlaqsız və şeytani" olduğunu söyləmişdi. Türk serialı "Gümüş"də evlilikdən kənar cinsi əlaqənin, abort və alkoqolun normal şeylərmiş kimi götərilməyə çalışıldığını söyləmişdi. // QayNar