Almaniyanın Köln şəhərində tikilməsi planlaşdırılan məscid üçün illərdir sürən "döyüş", Köln Böyükşəhər Bələdiyyəsinin planı təsdiqləməsiylə nəticələnib. Ancaq bununla belə, əcnəbilərə nifrəti, İslamofobiyanı və irqçiliyi yaymağa çalışan partiyaların məscid ətrafında döyüşü bitməyib.
Belə ki, 19-20 Sentyabrda Fransız millətçilərinin rəhbəri Le Penin və Avropadakı bütün irqçilərin Kölndə məscidin tikilməsinə əngəl olmaq üçün bir araya gələrək etiraz aksiyaları keçirmək qərarına gəliblər. Lakin Almaniya Həmkarlar İttifaqının çağırışıyla, bütün solçu partiyalar, irqçiliyə qarşı çıxanlar, kilsə xadimləri, vətəndaş cəmiyyətinin nümayəndələri və məscidin tikilməsinə tərəfdar olan hər kəs də eyni tarixdə dəstək aksiyasına yığışacaqlar. // QayNar