İstifadəçilərin müsəlmanları öldürərək xal topladıqları "Müsəlman Qırğını" adlı oyunun internet saytlarından pulsuz endirilməsinə icazə verilməsi qalmaqal yaradıb. Belə ki, İngiltərədə, istifadəçilərin müsəlmanları öldürürərək xal topladıqları bir kompyuter oyunun müxtəlif internet saytlarından pulsuz yüklənməsinə izn verilməsi ölkədəki müsəlman dərnəklərinin böyük etirazına səbəb olub.
İngiltərə Müsəlmanlar Məclisinin yetkililəri, bütün dünyada müsəlmanlara antipatiyanın artdığı bir dönəmdə "Müsəlman Qırğını" adlı bu oyuna hər kəsin sahib çıxamasına əngəl olunmamasının böyük məsuliyyətsizlik olduğunu bildirib. Yetkililər, gəncləri və uşaqları müsəlmanları öldürməyə təşviq edən oyunun "qəbul edilməz" olduğunu vurğulayıb.
Oyunda istifadəçilər, paraşütlə Orta Şərqə endirilən "Amerikalı Qəhrəman"ı idarə edir. Oyunun ilk mərhələlərində onlardan, "Bütün müsəlman kişi və qadınları öldürmələri" istənilən istifadəçilərdən, daha sonrakı mərhələlərdə Əl Qaidə lideri Üsəma Bin Laden və Məhəmməd peyğəmbəri tapıb öldürmələri istənilir. Son mərhələdə "Allahı da öldürən" oyunçu, oyunu uğurla tamamlamış olur. Oyunu hazırlayan "Sigvatr" ləqəbli proqramçı isə, "Bu sadəcə əyləncəli bir oyundur" deyib. // QayNar