"Quranı əzbər oxumaq" nominasiyası üzrə birinci yer Qırğızıstanın nümayəndəsi Abdulla Əkpərəliyə nəsib olub
Moskvanın Cümə məscidində 6-7 oktyabr tarixlərinə keçiriləcən "Quran" hafizlərinin VII beynəlxalq müsabiqəsinin qalibləri elan edilib. "Quranı əzbər oxumaq" nominasiyası üzrə birinci yer Qırğızıstanın nümayəndəsi Abdulla Əkpərəliyə nəsib olub. 2-ci və 3-cü yerləri isə Tatarastandan Ruşan Akşov və Abdulla Saydaraliyev əldə ediblər.
"Quranın üzündən oxumaq" kateqoriyasına görə iranlı Cozdali Məhəmməd qalib gəlib. Bu kateqoriya üzrə ikinci yer Türkiyədən olan Mustafa Özdəmirə, üçüncü yer isə Tatarıstandan gələn Zakircan Mahmudova nəsib olub.
Ümumiyyətlə müsabiqədə 50 nəfər iştirak edib. Müsabiqənin qalibləri 10 mindən 60 min rubla qədər mükafat alıblar. Münsiflər heyətinə də dəyərli hədiyyələr verilib.