Nərimanov rayon Dindarları Dini İcmasının fəaliyyəti rəsmi olaraq dayandırılmayıb. Bu barədə Lent.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov deyib.
"Əbu-Bəkr" məscidi kimi tanınan Nərimanov rayon Cümə Məscidi baş vermiş məlum hadisədən sonra fəaliyyətini dayandırıb. Və istintaq başa çatana qədər də məscid bağlı qalacaq, yəni fəaliyyət göstərməyəcək" – deyə, şöbə müdiri əlavə edib. İstintaq başa çatandan sonra məscidin açılıb-açılmayacağına gəlincə, Gündüz İsmayılov deyib ki, bunu zaman göstərəcək: "İstintaq bitdikdən sonra orada təmirlər aparılacaq, müvafiq qərar qəbul ediləcək. İndidən məscidin bağlanıb-bağlanmayacağı barədə konkret fikir söyləmək çətindir". // lent.az