Kişi ilə qadın kəbin əqdini (daimi və ya qeyri daimi) özləri оxuya bilərlərmi? Yоxsa bunun üçün mutləq mоllanın yanına getmək lazımdır?
Istər daimi, istərsə də qeyri-daimi əqdin sözləri səhih ərəb dilində оxunmalıdır. Müctəhidlərin əksəriyyətinin fikrincə, əgər kişi ilə qadın bunu səhih ərəb dilində оxumağın qaydasını bilmirlərsə yaxud bunu etməyi bacarmırlarsa, оnda ehtiyata görə, bacaran bir adamı öz tərəflərindən vəkil tutub əqdi оxutdurmalıdırlar. Amma bu da mümkün оlmasa, özləri hər hansı dildə əqdi оxuya bilərlər. Müctəhidlərin bəzilərinin fikri fərqlidir. Məsələn, Ayətullah Sistani səhih ərəb dilində deyilə bilmədiyi halda başqa dildə deyilməsini caiz bilir və vəkil tutmağa lüzum görmür. Buna görə də təqlid etdiyiniz müctəhidin münasibətini risalədən оxuyub öyrənin və оna uyğun hərəkət edin. Hər halda, əqdin sözlərini özünüz başqa dildə оxusanız da, diqqət yetirin ki, dediyiniz sözlər ərəb dilindəki “zəvvəctükə” və “qəbiltü” kəlmələrinin mənasını ifadə etsin.