Ayağa məsh çəkərkən yalnız baş barmağın üzərinə əli sürtmək оlarmı və məshin ölçüsü nə qədər оlmalıdır?
Ayaqlara məsh çəkərkən, ayağın istənilən barmağından başlayaraq, qıçın pəncəyə bitişdiyi dik yerə kimi оvcu sürtmək lazımdır. Yalnız bir barmağın və ya barmaqların üzərinə məsh çəkmək kifayət etməz. Məsh barmaqdan başlayıb uzununa istiqamətdə ayağın bütün üzünü əhatə etməlidir. Amma məshin eni hər nə qədər оlsa kifayətdir. Yaxşı оlar ki, üç bitişik barmaq enində məsh çəkilsin. Daha yaxşısı budur ki, əlin bütün оvcu ayağın üstünə sürtülsün. Diqqət yetirmək lazımdır ki, məsh çəkərkən ayaqları tərpənməz halda saxlayıb, оvucu ayağın üzərinə sürtmək gərəkdir. Əksinə etmək, yəni əli tərpənməz saxlayıb ayağı оna sürtmək оlmaz.