Məkkədə müqəddəs Ramazan ayı boyunca ibadətə gələnlərin iftarlarını aça bilməsi üçün dünyanın ən böyük iftar süfrəsinin qurulduğu bildirilir. Hər axşam iftar vaxtında Kəbə yaxınlığında müsəlmanların oruclarını açması üçün 12 min metrdən çox süfrə açılır.
Səlahiyyətlilər, hər bir iftarın təxminən 290 min dollara başa gəldiyini açıqladı. Süfrələrin uzunluğu 12 kilometri keçməsinə baxmayaraq, süfrənin qurulması və iftardan sonra yığışdırılması cəmi 15 dəqiqə çəkir. İftar verilən ərazi axşam namazının qılına bilməsi üçün dərhal yığışdırılıb, təmizlənir.
Xəbərə görə Ramazan ayının əvvəlində məscidlər ətrafındakı sahələri hissələrə bölərək xeyriyyəçi kəslərin iftar verə bilməsinə imkan yarabılıb. İftar açmaq üçün verilən qidalar xurma, meyvə şirəsi, süd və keksdən ibarətdir. Təmizliyin qorunması üçün məscidlərin içərisinə xurma, qəhvə və digər yeməklərin gətirilməsi qadağan olunub. Hər gün ibadətə gələn kəslər tərəfindən istehlak edilən xurma sayının 5 milyonu, "Zəmzəm" şüşə sayının isə 2 milyonu keçdiyi təxmin edilir.
Qeyd edək ki, adıçəkilən ərazidə axşam namazına 1,2 milyon adam qatılır.// QayNar