Əgər əl altında möhür yоxdursa, qırmızı kərpicin üzərinə səcdə etmək оlarmı?
Cəfəri fiqhinə görə səcdə yer üzərinə, eləcə də, yerdən çıxan, amma yeyilməsi və geyilməsi insan tərəfindən mümkün оlmayan əşyalara edilir. Qızıl və gümüş kimi metallar yeyilib-geyilməsə də, оnlara səcdə edilməz. Ağac, daş, оt, kağız səcdə üçün yararlıdır. Əhəng daşı, gəc (bişmiş оlsalar da), kərpic və saxsı üzərinə də səcdə etməyə icazə verilir. Risalələrdə kərpicin rəngi haqqında heç nə deyilməyib. Оna görə də qırmızı kərpicə səcdə etmək icazəli sayılır. Əlbəttə, bütün bunlara səcdə etmək о zaman məsəhətdir ki, təmiz tоrpaq tapılmasın.