Kişilər üçün hazırlanmış qızıl üzüklərin ticarəti ilə məşğul olmaq haramdır ya halal?
Haram işin meydana gəlməsi prosesində hər hansı iştirak da haramdır. Məsələn, hədislərdə buyurulur ki, şərab içmək haram olduğu kimi, şərabçılıq niyyəti ilə üzüm əkmək, o üzümü becərtmək, yığmaq, şirəsini sıxmaq, qablara doldurmaq, dükana daşımaq, satmaq, almaq və pulunu xərcləmək də eyni dərəcədə haramdır (Şəriətdə buna “səddüz-zəraye” prinsipi deyilir). Yəni haram əməlin həyata keçməsinə müqəddimə olan hərəkətlər də günahdır.
Göstərilən məsələdə qızıl zinət əşyalarından kişilərin istifadə etməsi qadağan olduğu üçün, buna şərat yaradan əməllər də qadağan sayılır. Kişiər üçün istifadə olunması qəsd edilərək qızılı emal etmək, bundan kişi bəzək əşyası hazırlamaq, bunu satmaq və almaq da haramdır.