POPULYARXƏBƏRLƏR

"Əbu Bəkr" məscidində baş verən partlayışla əlaqədar 11 nəfər həbs olunub

Daxili İşlər Nazirliyi "Əbu Bəkr" məscidində və Xətai rayonunda baş verən partlayışlar, həmçinin Rusiya ilə sərhəddə silahlı toqquşma ilə bağlı məlumat yayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu il avqustun 17-də Bakıdakı "Əbu Bəkr" məscidində 2 nəfərin ölməsi və 18 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayışı törədənlərin tapılıb, tutulması istiqamətində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayətdə şübhəli qismində radikal dini cərəyanların və terrorçu qruplaşmaların üzvü olan 11 nəfər tutulub. Həmin şəxslərdən qanunsuz olaraq saxlanılan 1 ədəd tapança və qanunvericiliklə qadağan olunan dini ədəbiyyat götürülüb.

Həmçinin avqustun 22-də 2 nəfərin ölməsi və 3 nəfərin xəsarət alması ilə nəticələnən "Bakı Elektrik Şəbəkə" ASC-nin Xətai rayonundakı transformator məntəqəsində törədilən partlayışla əlaqədar şübhəli şəxs qismində Bakı şəhər sakinləri Çingiz Amaxanov və Səməd Fəxri tutulub. Axtarış zamanı Ç. Amaxanovun mənzilində narkotik vasitə olan 83 q tiryək, S. Fəxrinin mənzilində isə 1 ədəd "Makarov" tipli tapança aşkar edilib. İstintaq zamanı qeyd olunan şəxslərin cinayətdə iştirakı təsdiqlənməsə də, qanunsuz odlu silah və narkotik vasitə saxlanması faktlarına görə barələrində cinayət işi başlanılıb və istintaq aparılır.

Bununla yanaşı 2007-ci ildə Qusar rayonunda polis əməkdaşı qətlə yetirdiyinə görə axtarılan həmin rayonun sakini Telman Abdullayev, həmçinin Rusiyanın Şimali Qafqaz regionunda o cümlədən Dağıstan və Çeçenistan respublikalarında törədilmiş terror aktlarında təqsirləndirilərək axtarışa elan edilmiş Zaqatala rayon sakini İlqar Mollaçiyevin Qusar rayonu ərazisində meşə massivində gizlənmələri ilə əlaqədar polis əməkdaşlarının və Daxili Qoşun hərbi qulluqçularının iştirakı xüsusi əməliyyat həyata keçirilib. Avqustun 19-da meşə massivində daranma əməliyyatı aparan polis əməkdaşları və hərbi qulluqçularla cinayətkar qrup arasında silahlı toqquşma baş verib və Daxili Qoşunların çavuşu Əli Yolçuyev həlak olub. Əməliyyatın sutkanın qaranlıq vaxtına düşməsi və meşə massivində keçirilməsi cinayətkar qrupu yaxalamağa imkan verməsə də qeyd olunan ərazilərdə və ertəsi gün xüsusi tədbirlər davam etdirilib. Cinayətkarların qaçarkən hadisə yerində qoyub getdikləri 14 ədəd radiostansiya, 2 ədəd əl qumbarası, 2 ədəd mobil telefon, dəstə üzvlərindən birinə məxsus ümumvətəndaşlıq pasportu, şəxsiyyət vəsiqəsi və s. aşkar edilərək götürülüb.

Avqustun 30-da davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun meşə massivində şübhəli şəxs qismində 2 xarici ölkə vətəndaşı saxlanılıb. Müəyyən edilib ki, Rusiya, Gürcüstan və Azərbaycan dövlət sərhədlərini dəfələrlə qanunsuz olaraq keçmiş həmin şəxslər Şimali Qafqazdakı terrorçu qruplaşmalarla yaxın əlaqələrə malikdirlər. Hazırda onların ətrafında prossesual araşdırmalar aparılır. Məlumatda qeyd olunub ki, həm Bakı şəhərində, həm də Azərbaycanın şimal bölgələrində terror-təxribat cinayətlərinə, radikal dini cərəyanlara meylli şəxslərin müəyyən edilərək ətraflarında əməliyyat-profilaktiki tədbirlərin aparılması ciddi nəzarətdə saxlanılır. "Son aylar ayrı-ayrı vətəndaşlara bihuşedici dərmanlar verməklə onlara məxsus mənzillərin talanması faktları ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsi və Nizami rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayətləri törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər dörd dəfə məhkum olunan Rafiq Xəlilov yaxalanıb. İstintaq zamanı müəyyən edilib ki, o, bu ilin fevral ayından başlayaraq Siyəzən, Xaçmaz, Bakı, sakinlərinin mənzillərindən onlara bihuşedici dərmanlar verməklə külli miqdarda pul, qızıl-zinət və geyim əşyaları oğurlayıb.

DİN-in mətbuat xidmətindən bildirib ki, asayişin mühafizəsi, insanların həyatının, sağlamlığının, qanuni mənafelərinin və mülkiyyətinin hüquqazidd əməllərdən qorunması istiqamətində nazirlik və onun yerli orqanları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri davam etdirilir.



Yerləşdirilib:4 Sentyabr, 2008  00:04, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com