Əbu Bəkr məscidində baş vermiş terror hadisəsi zamanı qara ciyərindən yaralanan Natiq Məmmədov müalicəsini davam etdirir. Hazırda o, Tusi adına klinikadadır. Məlumatı "Media forum" saytına Əbu Bəkr məscidinin imamı Qamət Süleyman verib.
Q.Süleymanın sözlərinə görə, həkimlər yaralının vəziyyətini kafi qiymətləndirirlər: "Ona hələ bir müddət xəstəxanada qalmaq məsləhət görülüb. Hadisə zamanı gözünün birini itirmiş Əbdürrəhman adlı qardaşımız isə xəstəxanadan çıxıb".
Natiq Məmmədov avqustun 17-də Kliniki Tibbi Mərkəzdə əməliyyat olunub. Lakin vəziyyəti yaxşılaşmadığına görə avqustun 27-də onu Tusi klinikasına gətiriblər. Məmmədov burda yenidən əməliyyat olunub.
İstintaqın gedişatına gəlincə, Q.Süleyman bununla bağlı onda hər hansı məlumatın olmadığını söyləyib.