POPULYARXƏBƏRLƏR

Azərbaycan - Rusiya sərhədində silahlı müqavimət göstərən dini qrup bölgədə gərginlik yaratmaq istəyir - Dövlət Komitəsinin Şimal bölgəsi üzr<

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şimal bölgəsi üzrə şöbəsi Rusiya ilə sərhəddə radikal dini qruplaşmalara qarşı aparılan əməliyyatlara aydınlıq gətirib.

"Meşə qardaşları" dini təşkilatı Gürcüstan hadisələrindən sonra Dağıstanda gərginlik yaradıb. Daha sonra Azərbaycan ərazisinə keçərək, müəyyən gərginlik yaratmaq istəyiblər" - çərşənbə axşamı Trend News-a Dövlət Komitəsinin Şimal bölgəsi üzrə şöbəsinin rəhbəri Eynulla Nurullayev bildirib.

Azərbaycanın şimal bölgəsində yerləşən (paytaxt Bakıdan 220 km aralıda) Qusar rayonu ərazisində avqustun 30 - da Daxili Qoşun hissələrinin radikal dini qruplara qarşı keçirdiyi əməliyyatla bağlı cinayət işi açılıb.

Baş Prokurorluqdan bazar ertəsi Trend News-a verilən məlumata görə, faktla bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120) maddəsi ilə cinayət işi açılıb.

Baş Prokurorluqdan hadisənin təfərrüatları barədə əlavə məlumat verilmir.

Qeyri-rəsmi məlumatlara görə, Qusarın Dağıstanla həmsərhəd Həzrə kəndi yaxınlığında Azərbaycana qanunsuz keçmək istəyən vəhhabilərlə qarşı əməliyyat keçirilib.

Qusar rayon prokuroru Vamiq Əsədov Trend News-a bildirib ki, hadisə zamanı Daxili Qoşunların bir əsgəri öldürülüb. Prokuror hadisənin təfərrüatları ilə bağlı əlavə məlumat verməyib. O, hadisənin kim tərəfindən törədildiyinin məlum olmadığını, hadisəni törədən şəxsin qaçdığını deyib.

Öldürülən əsgər Bakının Binəqədi rayon hərbi komissarlığından hərbi xidmətə çağrılmış, müddətdən artıq hərbi xidmətdə olmuş 23 yaşlı Əli Yolçuyevdir.

Daxili Qoşunların mətbuat xidmətindən həmin ərazidə əməliyyat keçirildiyi təsdiqlənib. Lakin hadisə ilə bağlı əlavə məlumat verilmir.

Onun sözlərinə görə, həmin dini qruplaşmanın fəallarının Dağıstan ərazisindən Azərbaycan tərəfinə keçdiyi ehtimal olunur. "Hazırda Rusiya ilə sərhəddə əməliyyat davam etdirilir" - Nurullayev əlavə edib.

Dövlət Komitəsinin nümayəndəsi hesab edir ki, bölgədə dini sabitlik hökm sürür. "Onlar elə gücdə deyillər ki, dini durumu pozsunlar. Şimal bölgəsində sabitliyin pozulmasında onların heç bir təsiri yoxdur. Bölgədə yaşayan etniklər yaxşı bilirlər ki separatism hec kimə xeyir gətirmir.Həmin qrupların zərərsizləşdirilməsi üçün güc strukturları lazımi işi aparırlar" - Nurullayev deyib. O əlavə edib ki, həmin dini qruplar Rusiyada, Çeçenistanda qanunsuz hərəkətlər ediblər, cinayət törədiblər və hazırda axtarışdadırlar.



Yerləşdirilib:2 Sentyabr, 2008  21:22, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com