Bu gün Yer kürəsi əhalisinin 1/4-ni təşkil edən və sayı 1,5 milyard nəfərə yaxınlaşan müsəlmanların səbirsizliklə gözlədiyi Ramazan ayının 1-ci günüdür. Qeyd edək ki, 11 ayın sultanı sayılan müqəddəs Ramazan ayı ərzində müsəlmanlar oruc tutmalı, kasıblara əl tutmalı, fitrə verməli və daha çox ibadətlə məşğul olmalıdırlar.
Ayın görünməsindən asılı olaraq isə Ramazan bayramı miladi təqvimlə sentyabrın 30-na və yaxud oktyabrın 1-nə təsadüf edəcək. Bu bayram müsəlman aləmində ən pak, ən gözəl bayramlardan biri sayılır. Din xadimlərinin sözlərinə görə, Ramazan ayında sidq ürəkdən oruc tutub, namaz qılan, ulu Tanrıya bütün varlığı ilə ibadət edən imanlılar, Allah qarşısındakı ən müqəddəs borclarından birini yerinə yetirmiş olur.
Bu gün iftar vaxtı saat 20.29-dadır. /ANS TV/