Sübh namazını azandan bir saat sonra qılmaq günah deyil ki?
Hər bir namazı vaxtın əvvəlində qılmaq daha fəzilətlidir. Namazı vaxtın əvvəlindən təxirə salmaq və gec qılmaq onun fəzilət (üstünlük) dərəcəsini azaldır. Sübh namazını da azan veriləndən sonra imkan daxilində daha qısa müddət ərzində qılmaq daha yaxşıdır. Amma Günəş çıxana kimi də qılmağın günahı yoxdur.