Qafqazda yaranmış vəziyyəti bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə bütün Rusiyanın patriarxi və Gürcüstan katalikosu ilə müzakirə edib. Şeyx dini liderlərlə telefon əlaqəsi saxlayaraq danışıqlar apardığını bildirib.
Qafqaz müsəlmanları idarəsi qazilər şurası mübarək ramazan ayının başlaması ilə bağlı fətva verib. Sabah niyyət axşamı, sentyabrın biri isə orucluğun ilk günüdür.
Müqəddəs Ramazan ayının ilk günü sentyabrın 1-nə təsadüf edir. Avqustun 31-isə orucluğun niyyət gecəsidir. Ayın görsənməsindən asılı olaraq isə Ramazan bayram miladi təqvimi ilə sentyabrın 30-na və ya oktyabrın 1-nə düşür. Bunu Qafqaz müsəlmanları ruhani idarəsinin qazılar şurasının bu gün keçirdiyi toplantısında bütün qafqazın şeyxi hacı Allahşükür Paşazadə dedi.
"Hər iki gün bizdə bayramdır. Bu prezident həzrətləri tərəfindən verilib. Bəzən olur ki alimlərin içərisində indi fikir ayrılığı var. Bəziləri deyir ki gözlə görəndən sonra sən yeyə bilərsən. Bəziləri deyir ki durbinlə görsəndə hardasa o zaman bayarm hesab olunur. Ona görə də biz hər iki alimlərin fikirlərini saxladıq. Kim istəsə gözlə görməiy tərgiyyə edəcək və biri birini bayram edəcək. Kim istəsə durbinlə görəcək. hər iksi düzgündür, hər ikisi də bayramdır. Hər iki gün namaz qılmaq olar ibadət etmək olar".
Qazılar şurasının toplantısında iştirak edən Azərbaycanın müxtəlif bölgələrindən gələn üləmalar bildirdilər ki, müsəlmanlar bu müqəddəs Ramazan ayında kasıblara əl tutmalı, fitrə verməli və ibadətlə məşğul omalıdırlar. Dindarlar dinin dövlətdən ayrı olduğunu desələrdə bu ölkənin vətəndaşları kimi ölkədə baş verən proseslərə biganə qala bilmədiklərini dedilər. Vətəndaşları prezident seçkilərində fəal olmağa çağıran dindlarlar eyni zamanda xalqı mümkün təxribatlardan ehtiyatlanmağa çağırdılar. Hacı Allahşükür Paşazadə isə Azərbaycanda vəziyyəti gərginləşdirməyə və çətinlik yaratmağa maraqlı qüvvələrin olduğunu bildirdi.
"Neyçün ermənistan istəməz ki Azərbaycanda qarşılıqlıq olmasın. Bəzi qonşu dövlətlərin maraqları var Azərbaycanda. Azərbaycanın inkişafını onların gözü götürmür. Hər cəhətdən qarşıdurma yaratmaq istəynələr var. Ola bilsin ki ona görə də bu gün bu addamı atmaq istəynələr var və ola bilər. Çətinlik yaratmaq istəyənlər var".
Şeyxülislam avqustun 29-da bir sıra məscidlərdə tətbiq edilən məhdudiyyətləri təhlükəsizliyin təminatına yönəlmiş təkliflərlə izah etdi.
"Azərbaycan dövləti axır vaxtlarda müçəyyən bu hadisələrdən sonra o təhlükəsizliyi qorumaq üçün müəyyən addımlar atıb. Ola bilsin ki o təhlükəsizliyi qorumaq üçün, ola bilsin də ki bu addımlardan biri də xalqın özünü qorumaq üsündür. Dinə qarşı deiyl və bü hadisə baş verib və bu reallıqdır. Kimsə gəlib qumbaranı atıb və ölüm var. Vətəndaş dünyadan egdib. Həlak olub. Yaralananlar var. Heç bir məscidə sərhəd qoyulsun bizim tərəfimizdə əmir olunmayıb. Heç bir söz deyilməyib".
Şeyx avqustun 17-də Əbu-Bəkr məscidində törədilmiş partlayışa da öz münasibətini bildirdi. İstintaqın getdiyini vurğulayan Hacı Allahşükür Paşazadə bildirdi ki, bu, konkret şəxsin ağılsızlığının, düşünülməmiş hərəkətinin nəticəsidir.
"İndiyədək Azərbaycanda belə bir hadisə olmayıb. Allah evində insanların öldürülməsi böyük günahdır. Bu, hansısa bir şəxsin ağılsızlığının, düşüncəsizliyinin nəticəsidir". //ANS TV