Ər-arvad arasında münasibətlər zamanı hamiləliyin qarşısını almaq üçün qoruyucu vasitələrdən (prezervativ və s.) istifadə etməyə icazə verilirmi? Bu məsələyə dinimizdə münasibət necədir?
Hamiləlikdən qorunmaq üçün müxtəlif üsullardan istifadə etməyə icazə verilir. Məsələn, qoruyucu vasitələrdən (prezervativlərdən) istifadə etmək qadağan deyil. Qadın da hamiləliyin qarşısını almaq üçün bəzi tədbirlər görə bilər. Məsələn, uşaqlıq yoluna maneələr qoymaq (spiral) və ya uşaqlıq yolunu müvəqqəti olaraq bağlamaq icazəlidir. Amma bu zaman diqqət yetirmək lazımdır ki, bu tədbirlər həmişəlik sonsuzluğa səbəb olmasın. Yəni gərək qadın və ya kişi həmişəlik sonsuzluğa gətirəcək və aradan qaldırılması qeyri-mümkün olacaq qoruyucu üsullara əl atmasınlar. Normal əlaqədən sonra hamiləliyin qarşısını alan həbləri udmaq, mənini başqa üsullarla qadının bətnindən çıxarmaq da şəriətdə qadağan deyil. Həmçinin, cinsi əlaqənin sonunda məninin qadın bətninə düşməsinin qarşısını almaq da icazəlidir. Amma bu, hər iki tərəfin razılığı ilə olmalıdır, yəni qadın da buna icazə verməlidir.