Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycan dindarlarını prezident seçkisində fəal olmağa çağırıb.
"Bütün iman gətirən insanları prezident seçkisində fəal iştirak etməyə və haqqa səs verməyə çağırıram", - bunu şənbə günü Paşazadə Bibiheybət məscidində Ramazan ayının (sentyabrın 1- dən 30 - dək) başlanması ilə əlaqədar dindarlarla keçirilən görüşdə bildirib.
Paşazadə çıxışında dindarları konkret hansısa namizədə səs verməyə çağırmayıb. "İnsanlar bilirlər ki, kim haqlıdır" - deyə o vurğulayıb. // Trend