Azərbaycanın şimal bölgəsində yerləşən Qusar rayonu ərazisində sələfilərə (vəhhabilər) qarşı rayonun hüquq-mühafizə orqanları əməliyyat keçirib. Belə ki, Qusarın Dağıstanla həmsərhəd Həzrə kəndi yaxınlığında Azərbaycana qanunsuz keçmək istəyən sələfilərlə (vəhabilər) sərhədçilər arasında silahlı insident olub.
Hadisə zamanı Azərbaycan Dövlət Sərhəd Xidmətinin bir əsgəri həlak olub, biri isə yaralanıb.
Məlumatı Qusar rayon prokurorluğundan təsdiq ediblər. Hazırda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri hadisə yerindədirlər.
Məlumata görə, kəndə giriş - çıxış bağlanıb. Qarşı tərəfdə itkilərin olması barədə məlumat yoxdur. // Trend