Berlində hər ay ən azı 15 alman islam dinini qəbul edir
Almaniyada yaşayan müsəlmanlar burdakı kilsələri satın alaraq məscid və islam mərkəzləri açırlar. Almaniyada nəşr olunan "Tagesspiegel" qəzetinin verdiyi xəbərə görə, Berlindəki 2 kilsə müsəlmanlara satılıb. Xəbərin davamında deyilir ki, katolik və protestanların sayı sürətlə azalır və təxminən 10 min kilsə yaxın günlərdə bağlanacaq. Bunun əvəzinə isə müsəlmanlar sürətlə çoxalır.
Almaniya İslam arxivindən Səlim Abdullahın verdiyi açıqlamaya görə, Almaniyada 159 böyük minarəli və 2 min 500 kiçik məscid var. Daha 128 ibadətxana açılacaq. "Bild" qəzeti isə Berlində indiyə qədər 8 min 500 almanın müsəlman olduğunu yazır. Daha əvvəl protestan din xadimi olan, daha sonra müsəlman olan 63 yaşlı Muhamməd Hersoq bir qəzetə verdiyi müsahibəsində bildirib ki, Berlində hər ay ən azı 15 alman islam dinini qəbul edir.