Tibet buddistlərinin lideri xəstəxanaya düşüb. Lent.az-ın "France Presse" agentliyinə istinadən verdiyi məlumata görə, Dalay-lama mədəsindəki sancılardan və yorğunluqdan şikayət edirmiş.
Tibet liderinin şəxsi katibi narahatlıq üçün ciddi əsas olmadığını vurğulayıb. Buna baxmayaraq Dalay-lama Hindistanın Mumbayi (keçmiş Bombey) şəhərində tibbi müayinədən keçiriləcək.
Qeyd edək ki, Dalay-lama hələ 2002-ci ildə mədəsindəki sancılar səbəbindən xəstəxanaya duşub. O zaman Dalay-lamanı antibiotiklərlə müalicə ediblər. 73 yaşlı dini lider tez-tez xarici səfərlərə getməsindən də yorulub. O, yorğunluğu səbəbindən Meksikaya və Dominikan Respublikasına səfərlərini təxirə salıb.