Qarlı səhra ilə yol gedən abid göz yaşlarına boğulan qarıya rast gəldi.
- Nə üçün ağlayırsan? – abid soruşdu.
- Keçmişimi yada saldım, itirdiyim gözəlliyimi, gəncliyimi, bir zamanlar çox sevdiyim insanları. Allah mənimlə çox qəddar davrandı. Elə bütün insanlarla, bizə zülm etdi. O, gərək bizə yaddaş bəxş etməyəydi. Axı bu qədər əzab çəkəcəyimi əvvəlcədən bilirdi.
Abid cavab vermədi, gözlərini qar örtmüş çölə zilləyərək susdu. Qadın göz yaşlarını silərək soruşdu:
- Belə diqqətlə nəyə baxırsan, orda nə görürsən?
- Mən əsrarəngiz güllər görürəm. Mənə yaddaş bəxş etməklə Allah çox böyük lütf etmişdir. O, əlbəttə ki, bilirdi: soyuq qışda mən təravətli baharı yada salaraq həmişə gülümsəmək və qəlbimi isindirmək imkanı qazanacam.