İsveçrədəki nüfuzlu Or Xadaş sinaqoqunda Azərbaycanı tanıtma gecəsi keçirilib. Bu barədə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (XÖYAİDK) mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, tədbirdə Azərbaycan tarixinin müxtəlif dönəmləri, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi barədə geniş məlumatlar verilib. XÖYAİDK-nin göndərdiyi Azərbaycan, Qarabağ münaqişəsi və ölkəmizdəki dağ yəhudiləri haqqında broşur, kitab və bukletlər də mərasim iştirakçılarına təqdim edilib. Tədbirdə iştirak edən XÖYAİDK-nin əməkdaşı Azərbaycan-İsrail simpoziumu haqqında da qonaqlara məlumat çatdırıb. Belə bir tədbirlərin İsveçrənin bütün yəhudi icmalarında kecirilməsi və yəhudi icmasi ilə sıx əlaqələrin qurulması qərara alınıb.