"Əbu Bəkr" məscidi hələ bir neçə gün bağlı qalacaq". Bu sözləri APA-ya açıqlamasında "Əbu Bəkr" məscidinin imamı Hacı Qamət Süleymanov deyib.
Baş verən hadisənin məscidin fəaliyyəti ilə heç bir əlaqəsi olmadığını söyləyən Q. Süleymanov məscidin qapadılmasına əsas görmədiyini vurğulayıb. O, az müddətdən sonra məscid fəaliyyətini bərpa edəcəyini qeyd edib.
Q. Süleymanov məscidin partladılmasında şübhəli bilinərək dünən saxlanılan Astara sakini Emin Rəsulovu tanımadığını, hələlik məsələ ilə bağlı yalnız bir nəfərin saxlandığını deyib.
O, hadisə zamanı aldığı qəlpə yaralarının təhlükəli olmadığını da bildirib: "Bədənimdəki qəlpələrin çıxarılmasına da ehtiyac yoxdur: "Həkimlər qəlpələrin həyatım üçün təhlükə törətmədiyini söylədilər". // APA