POPULYARXƏBƏRLƏR

Qamət Süleymanov: "Azərbaycanda radikal qüvvələr var"

"Həmin radikal qüvvələr cihad və hakimiyyətə qarşı mübarizə aparmaq üçün fətva tələb edirlər"

Bakıda partlayış baş vermiş Əbu Bəkr məscidinin imamı Hacı Qamət Süleymanov hesab edir ki, baş verən hadisə Azərbaycanda sabitliyi pozmağa xidmət edir.

"Məsciddə törədilən partlayış terrordur və Azərbaycandakı sabitliyin pozulmasına, bizə qarşı yönəlib"- deyə məscidinin imamı Hacı Qamət bildirib.

"İndi əsas məsələ cinayətin açılması və cinayətkarların həbs olunmasıdır. Bundan sonra hər şey məlum olacaq. Mən indidən hansısa bəyanatlar vermək istəmirəm", - deyə Hacı Qamət əlavə edib.
Məsciddə baş verən partlayışın dindarlar arasında yaranan fikir ayrılığı ilə bağlı olmasına dair məlumatlara münasibət bildirən Hacı Qamət qeyd edib ki, anlaşılmazlıqların dinc şəkildə həllinə tərəfdardır.

"Dünyada elə bir insan yoxdur ki, hamı onun fikri ilə razı olsun. Hər bir insana qarşı çıxanlar, onunla razılaşmayanlar olur. Ola bilsin ki, bizim aramızda da hansısa fikir ayrılığı olsun. Mən heç vaxt anlaşılmazlıqların və fikir ayrılıqlarının bu formada, terror vasitəsi ilə həllinə tərəfdar olmamışam. Heç kim belə bir hadisənin baş verəcəyini gözləmirdi. Namaz qıldığımız yerdə bizə hücum oldu. Mən bütün cəmiyyətə müraciət edirəm ki, hamı bu cinayətin açılmasına gömək etsin və hadisə ilə bağlı bildiklərini hüquq-mühafizə orqanlarına çatdırsınlar", - məscidin imamı əlavə edib.

Onun sözlərinə görə, səhhəti normaldır və ev şəraitində müalicəsini davam etdirir. Hacı Qamət vurğulayıb ki, eyni zamanda hər gün məscidə baş çəkir: "Mən də məscidə gedib-gəlirəm. Yaxın günlərdə oranın fəaliyyətini bərpa edəcəyik və Allahın evinin qapıları yenidən dindarların üzünə açılacaq. Əbu Bəkrin yenidən fəaliyyət göstərməsində heç bir problem yoxdur".

Hacı Qamət vurğulayıb ki, məscidin və orada ibadət edən dindarların təhlükəsizliyinin təmin olunması üçün orada polis mühafizəsinin təmin olunması ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etmələri mümkündür. O bildirib ki, həm hüquq-mühafizə orqanları, həm də dindarlar tərəfindən məscidin mühafizəsi gücləndiriləcək.

"Onsuz da məscidə polis nəzarəti var idi. Biz bunu əsasən cümə namazları zamanı müşahidə edirdik. Ola bilər ki, məscidin mühafizəsinin gücləndirilməsi üçün Daxili İşlər Nazirliyinə müraciət etdik", - Hacı Qamət deyib.

Hacı Qamət Azərbaycanda radikal qüvvələrin olduğunu istisna etməyib, lakin həmin qüvvələrin Əbu Bəkr məscidi ilə əlaqələndirilməsinə etiraz edib.

"Radikal qüvvələr var və onları bizimlə bağlamaq düzgün deyil. Biz həmişə radikallığın əleyhinə olmuşuq, bununla mübarizə aparmışıq və aparacağıq. Həmin radikal qüvvələr cihad və hakimiyyətə qarşı mübarizə aparmaq üçün fətva tələb edirlər. Onlar da öz aralarında da iki yerə parçalanıblar. Bir hissəsi hər yerdə cihadı, digərləri isə hakimiyyətə qarşı mübarizəni vacib hesab edirlər. Biz isə bununla razılaşmırıq. Lakin deməzdim ki, onlar kifayət qədər gücə malikdirlər", - deyə məscidin imamı əlavə edib.

Hacı Qamət deyib ki, həmin qüvvələrin formalaşmasına dünyada gedən proseslər təsir edir. Əfqanıstan, İraqda baş verənləri televiziya vasitəsi ilə izləyən həmin qüvvələr dünyada müsəlmanların məhv edildiyini fikrini əsas götürərək, həyat təcrübəsi az və təhsili olmayan gəncləri, sosial cəhətdən zəif insanları öz təsirləri altına salırlar və onlardan istifadə edirlər.
O, Əbu Bəkrdəki partlayışın belə qüvvələr tərəfindən törədildiyini istisna etməyib.

"Hər şey ola bilər. Mən bütün bunlarla bağlı istintaqa ifadə vermişəm", - deyən Hacı Qamət qeyd edib ki, əvvəllər məscid ətrafında şübhəli hallar və şəxslər müşahidə etməyiblər. // Trend



Yerləşdirilib:22 Avqust, 2008  10:11, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com