Avqustun 23-də Göygöldəki alman kilsəsində "UNESCO – dünya mədəni irsi Almaniyada" adlı fotosərgi açılacaq. Bu barədə Almaniyanın Azərbaycandakı səfirliyindən bildirilib.
Tədbirə Almaniyanın Azərbaycandakı səfiri doktor Per Kristofer Stankina da qatılacaq. Fotosərgi sentyabr 12-dək açıq olacaq.
Qeyd edək ki, Kilsə Almaniya hökuməti tərəfindən 2008-ci ilin fevral ayında təmir-bərpa edilərək Göygöl şəhər rəhbərliyinə təhvil verilib.