Azərbaycanın Zaqatala və Balakən rayonlarında vəhhabi təriqətinə mənsub şəxslər Bakıdakı "Əbu Bəkr" məscidində baş vermiş partlayışla əlaqədar polis şöbələrində dindirilirlər. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna polis şöbəsində dindirilən şəxslər məlumat veriblər.
Polisə dəvət olunan şəxslər onlara partlayışla bağlı suallar verildiyini, söhbətdən sonra sərbəst buraxıldıqlarını bildiriblər. Balakən rayon Polis Şöbəsindən fakt təsdiqlənib. Şöbədən APA-nın yerli bürosuna həmin şəxslərin partlayışla əlaqədar həyata keçirilən əməliyyat tədbirləri çərçivəsində dindirildikləri bildirilib: "Həmin şəxslərlə fərdi söhbət aparılıb və onlar sərbəst buraxılıblar".