"İstintaq hərəkətlərinin aparılması zərurətindən Əbu Bəkir məscidi qeyri-müəyyən vaxtadək bağlı elan olunur". Bu məlumatı Nərimanov rayon prokurorunun müavini Rasim Qurbanov verib. Onun bildirdiyinə görə, bu qərarı hadisəni araşdıran istintaq qrupu verib.
Xatırladaq ki, avqustun 17-də saat 21 radələrində Bakının Nərimanov rayonu ərazisində yerləşən Əbu Bəkir məscidində partlayış baş verib. Hadisə nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralıdır. Hazırda yaralılardan 2-si reanimasiyada, 4 nəfəri isə palata şəraitində müalicə olunur.