Məsciddə partlayış namaz zamanı olub, ölən yoxdu, yaralılardan beşinin vəziyyəti ağırdır
Əbu Bəkir məscidində partlayış olub. APA-nın hadisə yerində olan müxbirlərinin xəbərinə görə, hadisə bu gün saat 21.00 radələrində, namaz vaxtı baş verib.
Hadisənin şahidlərindən biri APA-ya deyib ki, namaz qılınarkən o da məsciddə olub. Məscidə ard-arda iki əl qumbarası atılıb. Hadisə yerində ölən olmayıb. Yalnız yaralılar var, onlardan beşinin vəziyyəti ağırdır.
Yaralıları məsciddə namaz qılanlar özləri dərhal xəstəxanaya çatdırıblar.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib.
Şahidlərin sözlərinə görə, partlayış baş verən zaman məsciddə 500-ə qədər adam olub. // APA