Oktyabrda "Qızıl minbər" müsəlman filmləri festivalı keçiriləcək. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsindən məlumat verilib. Festivala Azərbaycan kinematoqrafçılarının da filmləri göndərilib.
Bunlar "A.S.V.A Profi Studia XXI" Prodüser Mərkəzində istehsal olunan "Hökmdarın taleyi", Mehriban Ələkbərzadənin "Məhkumlar" və Ziya Şıxlınskinin "Dua" filmləridir.
Qeyd edək ki, yalnız seçim turunu keçən ekran əsərləri festivalda nümayiş olunacaq.