Sentyabrın 1-dən Ramazan ayı başlayır. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən bildirilib. Məlumata görə, müsəlman dünyasının müqəddəs ayı hesab olunan Ramazan 30 gün davam eləyir.
Ramazan ayının 19, 21, 23, 25 və 27-ci gecələrindən biri Qədr gecəsinə təsadüf edir. QMİ-dən Qədr gecəsinin Ramazan ayının başa çatmasına 10 gün qalmış, tək günlərdən birinə düşdüyü qeyd olunub. Ramazan ayının başa çatması isə ayın görünməsindən asılı olaraq sentyabrın 30-u və ya oktyabrın 1-nə təsadüf edəcək.
Qeyd edək ki, Ramazan ayı ilə əlaqədar olaraq QMİ-nin Qazilər Şurası fətva verəcək. // APA