Bu ilin oktyabrın 6-8-də Azərbaycan Təhsil Nazirliyi və İSESCO-nun birgə təşkilatçılığı ilə İslam ölkələrinin ali təhsil və elmi tədqiqat nazirlərinin IV konfransı keçiriləcək. Azərbaycan Təhsil Nazirliyindən verilən məlumata görə, Bakıda keçiriləcək konfransda bütün İslam ölkələrinin təhsil nazirlərinin iştirakı gözlənilir.
Hazırda İSESCO konfransın gündəliyini hazırladığından tədbirdə hansı məsələlərin müzakirə ediləcəyi hələlik müəyyənləşməyib.