ABŞ yazarı Şerri Consun Hz. Muhəmmədin həyat yoldaşı Həzrəti Aişə ilə əlaqəsini iyrənc bir dillə təsvir edən kitabı qalmaqallara səbəb olacaq. Həzrəti Aişənin 6 yaşında olarkən Hz. Muhəmməd ilə nişanlanması ilə başlayan və Hz. Muhəmmədin ölümünə qədər olan zamanı hörmətsiz bir şəkildə təsvir edən ABŞ jurnalisti Şerri Consun kitabı İslam dünyasında indidən qəzəb dalğası yaradıb.
"Qaynar.info" ABŞ KİV-nı istinadən xəbər verir ki, kitabı yayımlayacaq "Random House" nəşriyyatı bir müddət öncə bu kitab haqqında münasibət öyrənmək üçün onu müxtəlif elm adamlarına göndərmişdi. Kitaba ən sərt tənqidi amerikalı akademik Denis Spellberq vermişdi. Spellberq, kitabın içində Hz. Aişə və Hz. Muhəmədin şəxsi həyatları ilə bağlı qəbulolunmaz məlumatlar olduğunu və hörmət edilən bir peyğəmbərin pornoqrafik şeylərlə yada salınmamasının vacib olduğunu söyləmişdi.
İslam alimlərinin, kitabı yeni "Şeytan Ayələri" kimi qəbul etməsi səbəbindən yayımı təxirə salan "Random House", kitabı gələn həftənin çərşənbə günü yayımlayacaq. // QayNar