Oktyabrın 9-10-da İspaniyada "Müsəlmanlara qarşı dözümlülük və ayrı-seçkilik" mövzusunda konfrans başlayacaq. Hazırda ATƏT-ə sədrlik edən İspaniya tərəfindən təşkil olunan tədbir barədə bu gün Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim Bakıda keçirdiyi ənənəvi həftəlik brifinqdə məlumat verib.
Onun bildirdiyinə görə, konfransda İspaniya kralı, ATƏT-in fəaliyyətdə olan sədri, ATƏT-in baş katibi və xarici işlər naziri iştirak edəcək.
Azərbaycanı tədbirdə xarici işlər nazirinin müavini Mahmud Məmmədquluyev təmsil edəcək.