Liviyanın paytaxtı Tripoli şəhərində Beynəlxalq İslam Xalq Bürosu baş katibliyinin illik hesabat sessiyası keçirilib. İslam təşkilatları rəhbərlərinin, dünyanın tanınmış elm və din xadimlərinin qatıldığı sessiyada Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev təmsil edib.
Sessiyada A. Paşazadənin Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsini, dini sahədə tolerantlıq mühitinin hökm sürdüyünü özündə ehtiva edən məruzəsi iştirakçıların diqqətinə çatdırılıb və böyük marağa səbəb olub. Liviyanın dövlət başçısı Müəmmər Qəddafi toplantı iştirakçılarını rəsmi iqamətgahında qəbul edib və onlarla fikir mübadiləsi aparıb.