POPULYARXƏBƏRLƏR

Şamaxı “aynasındakı” əkslər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsində “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda ikigünlük regional konfransına yekun vuruldu. Bu, Azərbaycanın bütün regionlarını əhatə edəcək silsilə tədbirlərin sayca üçüncüsü idi. Şamaxıda baş tutan konfrans haqqında isti-isti izlərlə nə demək olar?

Əvvəla, Oğuzda və Lənkəranda olduğu kimi, bu dəfə də təşkilatçılığın yüksək səviyyədə olduğunu qeyd etmək lazımdır. Bəzi yuxugətirən, darıxdıcı iclaslardan tam fərqli olaraq, çıxışlar yalnız tribunadan səslənmir, hadisələr yalnız əvvəlcədən nəzərdə tutulan ssenari üzrə cərəyan etmirdi. Zalda tam interaktiv bir ab-hava var idi. Şirvan zonasının tədbirə qatılan bir çox din xadimləri onları narahat edən problemlərdən danışır, maraq dairəsində olan sualları səsləndirir, təkliflərini verirdilər. Bu isə, məhz təşkilatçıların xidmətidir.

Digər diqqəti cəlb edən məqam isə bu bölgənin (Şamaxı, Ağsu, İsmayıllı, Göyçay və s.) dini sferasına xas olan spesifik problemdir. Əgər Lənkəranda çıxış edən, rəy bildirən din xadimləri bir qayda olaraq radikal yönümlü, onların fəaliyyətinə maneə törədən qruplaşmalardan şikayətlənirdilərsə, Şirvanda belə bir məsələ gündəmdə yoxdur. İstər sünni, istərsə də şiə icmasında QMİ-nin kadrları kifayət qədər nüfuza malikdirlər. Ancaq bununla yanaşı bəzi bölgələrin, xüsusən də Şamaxının din adamları vəhhabi cərəyanına məxsus qruplaşmaların fəallaşmasından narazılıqlarını bildirdilər. Təbii ki, bu təhlükəli, Azərbaycanın milli-mənəvi dəyərlərinə və tarixi keçmişinə, ümumən İslama yad olan düşüncə tərzi ilə mübarizə metodları da təklif olundu. İstər çıxışçılar, istərsə də iştirakçılar tərəfindən. Xüsusi olaraq vurğulandı ki, radikal meyilli, ənənəvi müsəlmanlığa zərbə vuran cərəyanları zərərsizləşdirmək üçün mütləq orta məktəblərdə İslamın əsasları tədris edilməlidir. Bu, ən optimal çıxış yoludur. Təsadüfi deyil ki, vəhhabi emisarlarının torlarına adətən dini biliklərə malik olmayan, amma İlahi dəyərlərin axtarışına çıxan gənclər düşür. Eyni zamanda bölgənin din xadimləri zəruri, vəhabilərlə mübarizədə istifadə edə biləcəkləri, sadə dildə yazılmış və insanların anlayacağı vəsaitlərin yoxluğundan şikayətləndilər. Din xadimlərinin orta məktəblərdə İslamın əsaslarının tədrisi ilə bağlı irəli sürdükləri təklifə tədbirdə iştirak edən İslam Konfransı Gənclər Forumunun Avrasiya Beynəlxalq Şurasının sədri Elçin Əsgərov da müsbət münasibət bildirdi. O xatırlatdı ki, hələ 1997-ci ildə bu məqsədlə xüsusi dərslik hazırlanmış və Bakının 3 pilot məktəbində layihə kimi həyata keçirilmişdir, nəticələri də gözləniləndən daha yaxşı olmuşdur. Lakin sonradan müəyyən səbəblər üzündən bunun davamı gəlməmişdir.

Vurğulanması vacib olan başqa bir aspekt isə QMİ kadrlarıdır. Son illər ərzində cəmiyyətdə belə bir təsəvvür yaranıb ki, bir qayda olaraq “şeyxin kadrları” savadsız, heç bir nüfuza malik olmayan, möminlərin hörmətini qazana bilməyən mollalardır. Sözsüz ki, bəziləri həqiqətən də bu kriteriyalara tam uyğun gəlirlər. Amma Şamaxıda cəm olanlar sırasında gənc, sözünü deməyi bacaran və bunu qüvvətli dəlillərlə isbat edən gənc nəslin nümayəndələrini də gördük.

Sözügedən konfransda DQİDK-nin sədri Elşad İskəndərovun nitqində toxunduğu bəzi məqamlara da diqqət çəkmək istərdik. Əvvəla qeyd edək ki, məhz E.İskəndərovdan ilk dəfə olaraq “dinçi bolşeviklər” terminini eşitdik. Komitə rəhbəri bildirdi ki, onlar “ateist bolşeviklər” qədər dinə zərbə vururlar və fəaliyyətləri eynən xaricilərin davranışına bənzəyir. Elşad İskəndərov dedi ki, dövlət bu zərərli, Azərbaycan dövlətçiliyinə zərbə vuran düşüncə tərzinin daşıyıcıları ilə qəti mübarizə aparacaq. 
Konfransda çox sayda dindar qadınların iştirakı da qeyd edilməlidir. Adətən bölgələrdə xanımlar bu tip tədbirlərə bir o qədər də həvəslə qatılmırlar. Amma Şamaxıda tam fərqli mənzərə müçahidə edildi. Qadınlar nəinki konfrans çərçivəsində keçirilən treninqdə iştirak etdilər, hətta fəallıqları ilə təşkilatçıları sözün yaxşı mənasında təəccübləndirdilər.

Bir sözlə, DQİDK-nin konfransı hansısa bir sənəddə “görülmüş işlər” qrafasında “quş” qoymaq xatirinə keçirilən tədbirlərdən deyildi. Şamaxıdakı toplantı bölgənin din xadimlərinə faydalı olmaqla yanaşı, Komitə işçiləri üçün də kifayət qədər informasiya bəxş etdi. Şübhəsiz ki, bu informasiyanı saf-çürük edilməsi üzə çıxan problemlərin həllinə, həmçinin ölkənin din sahəsindəki vəziyyətin yaxşılaşdırılmasına ciddi töhfə verəcək.



Yerləşdirilib:13 Aprel, 2013  18:56, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com