İngiltərənin Roterham şəhər xəstəxanası, xəstələrinə daha keyfiyyətli xidmət göstərmək məqsədilə, işçilərinə islam dərsləri verməyi qərarlaşdırıb. İslam və müsəlmanlarla bağlı yanlış mühakimələri dağıtmaq məqsədi daşıyan "İslamla Bağlı Soruşmağa Cəsarət Edə Bilmədiyiniz 1001 Şey" başlıqlı kurs, bu ilin sonunda başlayacaq.
Roterham xəstəxanasının idarəçiləri, islamla bağlı kursun, xəstə və həkim arasındakı münasibətlər baxımından önəmli olduğunu bildirdi. Xəstəxana sözçüsü isə, "Roterhamda xristiyanlar və müsəlmanlar çoxluq təşkil edir. Kursun məqsədi, işçilərimizin islam və müsəlmanları daha yaxşı anlaya bilmələrini təmin etməkdir" dedi. // QayNar