İmam Sadiq (ə) buyurub:
“Mal-dövlət, arvad-uşaq və kənizlərinizin tələf olmasının qarşısını “Fəth” surəsini oxumaqla alın. Kim bu surəni oxusa Qiyamətdə uca səslə (belə ki, bu səsi Qiyamətdəkilərin hamısı eşidəcəkdir) ona deyiləcək: “Sən mənim ixlaslı, pak ürəkli bəndələrimdənsən. Gəl mənim saleh bəndələrimə qoşul və Cənnətimə keç”. Mələklərə xitab olunacaq ki, ona gözəl ətirli, heç kəsin əli dəyməmiş qablarda şərab içirin”.