POPULYARXƏBƏRLƏR

Ayətullah Naxçıvani

Əslən azərbaycanlı olan məşhur ruhani alimlərdən biri də Ayətullah Naxçıvanidir. Uzun əsrlik islami ənənələrə malik qədim Naxçıvan torpağının yetirməsi olan bu şəxsiyyət öz dövrünün ən mahir şəriət bilicilərindən sayılmışdır.

Ayətullah Şeyx Molla Məhəmməd Əli ibn Hacı Xudadad Naxçıvani təqribən 1852-ci ildə Naxçıvanda doğulmuşdur. Lakin onun ömrünün əksər hissəsi Nəcəf şəhəri ilə bağlı olmuşdur. Belə ki, Ayətullah Naxçıvani gənclik illərində mükəmməl dini təhsil almaq məqsədilə o dövrdə cəfəri fiqhinin paytaxtı sayılan Nəcəf şəhərinə getmiş və ömrünün sonuna kimi orada yaşamışdır.

Naxçıvaninin Nəcəfdəki müəllimləri sırasında üç nəfər xüsusi diqqətə layiqdir:

1. Fazil İrəvani (1817-1889)

Qədim Azərbaycan torpağı İrəvanın yetirməsi olan bu görkəmli alim barəsində müstəqil məqalədə ətraflı məlumat vermişik.

2. Fazil Şərabiyani (1828-1904)

Molla Məhəmməd ibn Fəzləli Şərabiyani əslən Cənubi Azərbaycandan – Təbriz yaxınlığındakı Şərabiyan kəndindən olub, öz zəmanəsinin ən məşhur mərceyi-təqlidlərindən sayılırdı. O, Şeyx Ənsari və Seyyid Hüseyn Kuhkəməri kimi nəhəng müctəhidlərdən dərs almışdı. Mirzayi-Şirazinin (tənbəki fətvasının müəllifi) vəfatından sonra dünya şiələrinin böyük əksəriyyəti ona təqlid edirdi. Fazil Şərabiyani həm fiqh, həm də usuli-fiqh sahələrində misilsiz bilik sahibi idi. Hətta o dövrdə alimlər arasında belə bir misal çəkilirdi ki, əgər bütün usuli-fiqh kitabları itib məhv olsa, Fazil Şərabiyani onların hamısını öz hafizəsindən bərpa edə bilər. Bü böyük alimin nüfuzunu təsəvvür etmək üçün bircə faktı demək kifayətdir: Osmanlı sultanı Fazil Şərabiyaniyə icazə vermişdi ki, hər gün ona 40 kəlməlik şəxsi teleqraf məktubu göndərsin.

Fazil Şərabiyani 1904-cü miladi ilin sonlarında vəfat etmiş və Nəcəfdə dəfn olunmuşdur. Vəfatından 35 il sonra aparılan təmir işləri nəticəsində onun məzarı təsadüfən uçulduqda, mərhumun qətiyyən çürüməmiş cəsədi aşkara çıxmışdır.

3. Mirzə Həbibullah Rəşti (vəf. 1894-95)

Ayətullahu'l-uzma Hacı Mirzə Həbibullah Rəşti miladi XIX əsrin əzəmətli mərceyi-təqlidlərindən idi. Şeyx Ənsarinin tələbəsi olmuş Rəşti həm ərəb, həm də qeyri-ərəb ölkələrində yaşayan şiələrin müraciət mənbəyi sayılırdı. Deyilənlərə görə, fiqh sahəsində dərin biliyinə görə çoxları onu hətta Mirzayi-Şirazidən də üstün qiymətləndirirdi.

Ayətullah Naxçıvani bu cür böyük şəxsiyyətlərin dərsindən bəhrələnərək yetişmiş və özünü kamil alim kimi təsdiq etmişdir. Seyyid Muhəmməd Mehdi İsfahani Kazimi "Əhsənu'l-vədiə" adlı biblioqrafik kitabında Ayətullah Naxçıvanini "fəzilət və kamal əhli, fiqh, üsul, hədis və rical elmlərinin bilicisi, gözəl xasiyyətli, pak əxlaqlı" xüsusiyyətləri ilə vəsf etdikdən sonra yazır: "O, pak Əhli-beytin, xüsusilə, İmam Hüseyn əleyhissəlamın məhəbbətində fani olan kəslərdən idi. Hər gün sübh namazından sonra İmam Hüseynin (ə) müsibətini, aşura günündə onun və ailəsinin başına gələn hadisələri xatırlayıb ucadan ağlayar və nalə çəkərdi. O, Nəcəfi-əşrəfdə əzəmətli alimlər Ayətullah Şərabiyani, Fazil İrəvani, Şeyx Məhəmməd Həsən Kazimi və Hacı Mirzə Həbibullah Rəştidən bəhrələnmiş, daha çox Fazil İrəvaninin yüksək səviyyəli ictihad dərslərinə bağlı qalmışdı. O, Fazil Şərabiyaninin vəfatından (1904) sonra fətva və hökm sahəsində mərceyi-təqlid oldu, Qafqaz, Azərbaycan və sair müsəlman ölkələrin əhalisinin müraciət mənbəyinə çevrildi".

Ayətullah Naxçıvani müxtəlif dini elm sahələrini əhatə edən bir neçə kitabın müəllifidir. Muhəmməd Əli Mudərris Təbrizinin "Reyhanətu'l-ədəb" (6-cı cild, səh. 152-153) və Əqiqi Bəxşayişinin "Məfaxiri-Azərbaycan" (1-ci cild, səh. 242-243) kitablarında Naxçıvaninin aşağıdakı əsərlərinin adı çəkilir:

1-2. Şeyx Murtəza Ənsarinin "Rəsail" və "Məkasib" kitablarına haşiyə

3. "Riyaz" kitabının bir hissəsinə şərh

3. Müqəddimeyi-vacib barəsində risalə

4. "Əl-İcmau'l-mənqul" risaləsi

5. "İctimau'l-əmri və'n-nəhy" risaləsi

6. "Duatu'l-Hüseyniyyə"
(hicri 1330 - miladi 1912-ci ildə 192 səhifə həcmində Bombeydə nəşr olunmuşdur)

Bəzi mənbələrdə Ayətullah Naxçıvaninin öz ana dilində məqtəl (İmam Hüseynin (ə) qətlinin təsvirinə həsr olunmuş bədii əsər) janrında kitab yazdığı qeyd edilmişdir. Həmin məqtəl üç hissədən ibarətdir. "Qu'rrətül-əbsar və durrətu'l-əbrar" adlı birinci cild Əhli-beytin ilk dörd nəfərinin həyatına həsr olunmuşdur. Bu cilddə Həzrəti Muhəmməd Peyğəmbərin (s), İmam Əlinin (ə), Fatimeyi-Zəhranın (ə) və İmam Həsənin (ə) həyat yolu ətraflı təsvir edilmişdir. Həmin cild müəllifin sağlığında (təqribən 1899-cu ildə) Təbrizdə nəşr olunmuşdur.

Məqtəlin ikinci cildi "Səhabu'd-dumu" adlanır və bütünlükdə Kərbəla müsibətinin təsvirini əhatə edir. Nəzmlə nəsrin növbələşməsi üzərində qurulmuş bu əsər çox səlis dildə və bədii üslubda qələmə alınmışdır. Mətn arasında istifadə edilmiş ərəb, fars və azərbaycan dilindəki şeir nümunələri əsəri xüsusilə oxunaqlı edir. "Səhabu'd-dumu" müqəddimə, 12 fəsil və xatimədən ibarətdir. "Səhabiyyə" adlanan hər fəslin ayrıca adı vardır. Kitabda şeir sənətinin demək olar ki, bütün bədii elementlərindən uğurla istifadə olunmuşdur.

Nəhayət, məqtəlin üçüncü bölümü "Məzahiru'l-ənvar fi əqaidi'l-əxyar" adlanır və İslamın əqidə məsələlərini əhatə edir; bu bölüm də Təbrizdə nəşr olunmuşdur.

Ehtimal edirik ki, haqqında söz açılan məqtəl və yuxarıda xatırlanmış "Duatu'l-Hüseyniyyə" eyni kitabdır.

* * *



İslam maarifinin və Əhli-beyt fiqhinin təbliği yolunda yorulmadan çalışmış Ayətullah Muhəmməd Əli Naxçıvani hicri 1334-cü il rəbiu'l-axir ayının 17-də (miladi təqvimlə 1916-cı ildə) 66 yaşında ikən Kərbəla şəhərində vəfat etmişdir. Onun cəsədini Nəcəfə apararaq, Həzrəti Əlinin (ə) məqbərəsi kənarında, İmran məscidinə bitişik hücrələrin birində torpağa tapşırmışlar. Şahidlərin ifadəsinə görə, onun dəfn mərasimində böyük izdiham iştirak etmişdir.



Natiq Rəhimov ([email protected])

 



Yerləşdirilib:31 İyul, 2008  19:51, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com