Azərbaycanın İslam Ölkələri Mədəniyyət və Turizm Nazirləri Konfransının sədri səlahiyyətləri başa çatıb. Qarşıdakı iki il müddətinə sədrlik səlahiyyəti Suriyaya həvalə edilib.
Bu barədə Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a məlumat verilib. Məlumata görə, Azərbaycanın sədrliyi dövründə keçirilən tədbirlərin əhəmiyyəti və görülən işlər yüksək qiymətləndirili və bu səbəbdən ölkəmiz İslam Ölkələri Konfransı bürosunun və işçi qrupunun üzvü seçilib.