İmam Sadiq (ə) buyurub: “Vacib namazlarında “Mülk” surəsini oxuyan şəxs səhərə qədər Allahın nəzəri altında olar. Qiyamətdə də Allahın lütfü sayəsində Cənnətə gedər”.
Peyğəmbər (s) buyurub: “Gecə “Səcdə” və “Mülk” surələrini oxuyan şəxs Qədr gecəsinin savabına yiyələnər”.
Xatırladaq ki, "Mülk" surəsi Quranın 67-ci surəsidir.