ABŞ ordusunun İraqda İslam dininə qarşı sayğısız münasibətləri yeni xəbər deyil. Bir müddət öncə məşq atışlarında Quranın hədəf kimi seçilməsi hər bir müsəlmanı qəzəbləndirmişdi. Sonunda hərbi komandanlığın üzr istəməsi nəticəsində bu olayın gərginliyini nisbətən azaltmaq mümkün olmuşdu.
"Qaynar.info"-nun məlumatına görə, internetdə AB,Ş ordusunun İraqdakı yeniişləkləri ilə bağlı fotolar yayılıb. Bu fotolarda əsgərlərin tarixi məscidin içində basketbol oynadıqları aydın sezilir. Bu şəkli sizə təqdim etməklə yanaşı, ermənilərin Azərbaycanın işğal edilmiş Ağdam rayonunda məscidimizi nə vəziyyətə saldıqlarını əks etdirən şəkli də əlavə edirik. Bunlar, mahiyyətcə eyni şəkillərdir. // QayNar