Hindistan mənşəli ingilis yazıçı Salman Rüştü ölüm fitvası ilə yaşadığı 19 ili izah edən bir kitab yazacağını bildirib.
"Şeytan ayələri" kitabı səbəbindən İran İslam İnqilabı lideri Ayətulla Xomeyninin 1989-cu ildə ölüm fitvası verdiyi 61 yaşlı yazıçı bildirib ki, onu bu barədə yazmağa insanlar məcbur edir: "O dövrdə buna dözmək, işin içindən çıxmaq çətin idi. Amma indi izah edəcək bir şeylər olduğunu düşünürəm".
Qeyd edək ki, müsəlmanları təhqir etdiyi kitabını yazdıqdan sonra ona fitva verilib. Fitvadan sonra Salman Rüştü gizlənərək yaşamaq məcburiyyəində qalmışdı. İranda fitva hələ etibarlıdır. İngiltərə kraliçasi Elizabet yazıçını "cəngavər" adlandırmış və bu da müsəlman ölkələrini hirsləndirmişdi.