"Əbu Bəkir" məscidindən oğurluq edilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, Nərimanov rayonu Ülvi Bünyadzadə küçəsindəki "Abu Bəkir" məscidindən Bakı şəhər sakini Qəhrəman Cabbarova məxsus 2 ədəd mobil telefonu oğurlanıb.
Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının keçirdiklərə əməliyyat tədbirləri nəticəsində oğurluq edən Qax rayon sakini Vasif Əzizov tutulub. /ANS PRESS/