Ötən gecə saat 23:00 radələrində Zərgərpalan küçəsində yerləşən rus kilsəsində yanğın baş verib. Yanğın baş verən əraziyə 3 yanğınsöndürən maşın cəlb olunub.
Yasamal Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən tez bir zamanda yanğının genişlənməsinin qarşısı alınıb. Kilsənin keşişi İradiak Qabrielin ANS TV-yə verdiyi məlumata görə, yanğın qəfldən baş verib və binanın damının təxminən 5 kvadrat metr sahəsini əhatə edib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının səbəbi isə hələlik məlum deyil.
Faktla bağlı Yasamal Rayon Yanğından Mühafizə İdarəsində araşdırma aparılır. Araşdırmadan sonra rus kilsəsində baş verən yanğının dəqiq səbəbi məlum olacaq.