Tovuz rayonunun Yanıqlı kəndində XVI əsrdə memar Şeyx Bahəddin Məhəmməd Amil tərəfindən inşa edilmiş məscidin bir hissəsi uçub. Əsrlərin yadigarı olan məscidin indi əsaslı təmirinə ehtiyac var.
İlk görünüşdən Gəncədəki Came məscidini xatırladan bu tarixi abidə Şah Abbas tərəfindən inşa etdirilib. Tarixi mənbələrə əsasən, tikintisi 50 ilə ərsəyə gələn binanın hazırda tavanının çökdüyü müşahidə olunur. Sovet dövründə, yəni 1978-80 ci illərdə burada əsaslı təmir işlərinə başlanılsa da sonradan yarımçıq qalıb. Sovetlər Birliyində sovxozun anbarı kimi istifadə edilən məscid yalnız sakinlərin səyi nəticəsində müasir dövrümüzə qədər qorunub saxlanılıb. Mütəxəssislər bildirirlər ki, məscidin tikintisi zamanı onun möhkəm və davamlı olması üçün yumurtadan da istifadə olunub. Ancaq zaman öz işini görür. Yəni yaxın illər ərzində burada təmir bərpa işləri aparılmasa, bu qiymətli abidə tamamilə dağılacaq. // QayNar