Roma papası 16-cı Benedikt İraqın baş naziri Nuri Əl Maliki ilə görüşüb. Danışıqlar Romanın cənubunda Papanın yay iqamətgahında baş tutub. Vatikanın yaydığı məlumata görə, Nuri Əl Maliki ilə Roma papası arasında danışıqların əsasını İraqda xristianların daha yaxşı müdafiəsi məsələsi təşkil edib. 20 dəqiqə davam edən görüşdə Nuri Əl Maliki həmçinin, Vatikan dövlət başçısını İraqa səfərə dəvət edib.
Xatırladaq ki, bundan əvvəl İraq baş naziri Vatikanın dövlət katibi kardinal Tarçizio Bertone ilə görüşmüşdü. Təxminən 45 dəqiqə çəkən bu görüşün də əsas müzakirə obyekti İraqda xristianlara qarşı zorakılıq, eləcə də silahlı dəstələrin hücumundan qorunması və təhlükəsizliyin artırılması məsələləri olub.