Tatarıstan respublikasında "İxlas" adlı müsəlman kişilər üçün nəzəedə tutulmuş düşərgə faliyyətə başlayıb. İslam dininin mənsubu olan və yaşı 18-keçən 40-dan çox müsəlman Yelabuq yaxınlığında, Kama çayı sahilində düşərgə qurub.
Həftə ərzində Tatarıstan, Başqırdıstan və Çelyabinskdən olan müsəlmanlar "İslamda ailə həyatı" barədə məruzələr dinləyəcək, Quran oxumağı öyrənəcəklər. Bundan başqa düşərgədə hər gün bilik və idman müsabiqələri də keçiriləcək.