Tacikistan səmasında "Allah" sözünə oxşayan ərəbcə yazı peyda olub. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qeyri-adi hadisə iyulun 23-də axşam baş verib. Səmadakı "Allah" yazısı yarım saat ərzində Tacikistanın mərkəzi və cənub hissəsindən görünüb. Hadisəni minlərlə insan müşahidə edib, onların bir çoxu yazını mobil telefonun yaddaşına köçürüb.